Ərzaqlar:

1 kq yağlı xəmir

İç üçün:

1 st  şəkər tozu ilə qarışdırılmış çəkilmiş qoz ləpəsi

Üz üçün:

1 ədəd yumurta, 2 ç.q xaş- xaş

Hazırlanması:

Xəmiri soyuducudan çıxarırıq 10-15 dəqiqə qalır. Hazır xəmirdisə bir kvadratını götürürük.
Yox, əgər xəmiri özünüz hazırlamısınızsa, 10 x 10 sm ölçüdə kvadratlar kəsirik.

1 dolu x.q içlikdən qoyub bükürük.

Qaba kağız sərib pirojnaları aralı yığırıq. Üzünə yumurta çəkib xaş-xaş səpirik.

Qabaqcadan 220 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments