Ərzaqlar:

1,5 st un

4/5 st şəkər tozu

250 q kərə yağı

5 yumurta

1/2 st kişmiş

3 x.q nişasta

1 x.q şəkər kirşanı

1 paket qabartma tozu

1 limon qabığı

1 portağal qabığı

Hazırlanması:

Kişmişi isti suya qoyub 15-20 dəqiqə saxlayırıq.

Kərə yağını şəkər tozunun yarısı ilə qarışdırırıq.

Yumurtanın ağını sarısından ayırırıq.

Kərə yağı qarışığının üstünə yumurta sarılarını əlavə edib qarışdırırıq.

Limon ilə portağalı sürtgəcin balaca gözündən keçiririk.

Yumurta ağını əvvəl köpüklənənə qədər çalıb sonra qalan şəkər tozunu az-az əlavə edib çalırıq.

Limon ilə portağalın qabığını və yumurta ağını yağ qarışığı ilə qarışdırırıq.

Unu ələyib nişasta, qabartma tozu və kişmiş ilə qarışdırırıq.

Un qarışığını kütləyə əlavə edib yavaş-yavaş qarışdırırıq.

Qabı yağlayıb unlayırıq və xəmiri qaba tökürük.

180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq. Tamam soyuyandan sonra üstünə şəkər kirşanı səpirik.

Nuş olsun!

Comments

comments