Ərzaqlar:20 ədədlik yağlı xəmir (Superfresh), 75 q kərə yağı, 1 ədəd yumurta sarısı, 1 x.q şəkər pudrası

Hazırlanması:

Xəmiri soyuducudan çıxardıb stolun üstünə düzürük.10-15 dəqiqə sonra xəmirin bir layını götürüb oxlov ilə az yayırıq.Kərə yağını əridirik. Yağlayırıq.Sonra büküb ortadan bıçaqla kəsirik.Dürgəyin bir tərəfini götürüb kəsilmiş tərəfi çölə bükürük.Bu qayda ilə hamısını hazırlayıb qaba yığırıq.Üstünə yumurta çəkirik.170-180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.Sobadan çıxaran kimi üstünə şəkər pudrası səpirik.Nuş olsun!

poğaca necə hazırlanır, yağlı xəmir, yagli xemir, pogaca

Comments

comments