Ərzaqlar:200 q kəsmik, 200 q yumşaq kərə yağı, 1 st şəkər tozu, 2 ədəd yumurta, 1 paket qabartma tozu, 1 paket vanilin, 3,5 st  (üş stekan yarım) un (aparanadək)

Yaymaq üçün: əlavə un

Hazırlanması:

Kəsmik ilə yumurtanı mikser ilə çalırıq.½ st şəkər tozunu və vanilini əlavə edib yenə çalırıq.Sonra yumşaq kərə yağını əlavə edib tam qarışanadək çalırıq.Qabartma tozunu və unu əlavə edib əvvəlcə mikserlə sonra əlimiz ilə qarışdırıb yumşaq xəmir düzəldirik.Xəmiri qalınlığı 1 sm olmaqla oxlov ilə yayırıq.Qalan ½ st şəkər tozunu xəmirin üstünə səpirik. Oxlov ilə üstündən gedirik. Xəmiri iki hissəyə bölüb hər iki hissəni dürgək kimi sıx bükürük.Streçlə büküb 30 dəqiqə soyuducuda saxlayırıq. Sonra bir dürgəyi çıxarıb qalınlığı 1 sm olmaqla bıçaqla kəsirik.Soba qabına kalka kağızı sərib yığırıq.180 dərəcə qızdırılmış sobada 25 dəqiqəyə bişiririk.Sonra ikinci dürgəyi çıxarıb onu da bu qayda ilə bişiririk.

Nuş olsun!

piroq necə hazırlanır, kəsmikli piroq hazırlamaq, qurabiyə kəsmiklə , 

Comments

comments