Əziz Resept.az istifadəçiləri, 4 yaşımız oldu. Artıq 4 ildir ki, hazırladığımız reseptlərimi sizlərlə paylaşırıq. Açığı öz dilimizdə açıq aydin resept tapmaq çətin olduğundan 4 il əvvəl belə bir qerara gəldik ki, bir mətbəx saytı yaradaq və beləcə öz dilimizdə hamının istifadə edə biləcəyi bir məkan olsun. Bu gün artıq təxninən 2 minə yaxın resepti paylaşa bilmişik və inanırıq ki, sizlərə faydalı ola bildik. Ən azından daim aldığım təşəkkür qeydləri bunu deməyimə əsas verir.

Əziz istifadəçilərimiz, Allahın izniylə Resept.az saytımda sizlərlə daim yeni reseptlərimizi paylaşmaqda davam edəcəyik. Sizlərə bir də müjdə də verək ki, yaxında Bloqumuz da istifadəyə vəriləcək və sizlərlə daha interaktiv bir ünsiyyət platformasında da tez tez görüşəcəyik.

Comments

comments