Dünyada hər il 350 milyon tondan artıq düyü istehsal edilir. Düyülərin rənginə, uzunluğuna, ətrinə, yetiştirildikləri yerə və s. kimi xüsusiyyətlərinə görə 10 mindən artiq növü bilinməktədir. Bunların içində Basmati, Jasmin, Arborio və vəhşi düyü kimi xüsüsi növləri çox məhşurdur. Hər bir düyü novü damaq dadına görə fərqli ölkələrdə və fərqli yeməklərdə daha çox istifadə edilir. Məsələn, Basmati daha çox şərqdə və əsasən plovlarda istifadə edilirkən, Arborio Avropada daha çox tələb edilir, hətta İtalyan mətbəxinin olmazssa olmazindan sayılır, Jasmin isə cənub-şərqi Asyada və eqzotik yeməklərdə istifadə edilir.

Basmati isə bunların şahı sayılır və yalnız Hindistanın şimalında, Himalay dağının yamacında və Pakistanın həmsərhəd ərazisində yetişir. Nədir basmati düyüsünün özəlliyi ? "Bas" Hindu dilində ətir deməkdir, "Mati" isə dolu-bol deməkdir. Adından da görüldüyü kimi Basmati düyüsünün özünəməxsus ətri var və bu ətri biştikdən sonra da hiss etmək olar. İkinci ən səciyyəvi xüsusiyyəti ondadır ki, normalda incə uzun olan bu düyü bişdikdə daha da uzanaraq əvvəlki uzunluğunun iki mislinə çıxır. Beləcə həm artımlılığı, həm ətri və dadıyla seçilir.

Comments

comments