Ərzaqlar:

(28 sm diametri olan qazan üçün)
3 x.q qatıq
1 ədəd yumurta
1 x.q əridilmiş kərə yağı

Hazırlanması:

Qatıq ilə yumurtanı çalırıq.

Qazanda yağı istidirik.

Yarıhazır vəziyyətdə bişirilib süzülmüş düyüdən 6 x.q töküb qatıqla yumurta qarışığı ilə qarışdırıb qazanın dibinə qalınlığı 1 sm olmaqla yayırıq.



Sonra qalan düyünü tökürük. Bu qayda ilə müxtəlif növdə plovları dəmə qoyuruq. Xuruşu altında olan plovlarda qazmağın üstündən az düyü töküb sonra xuruşlar yığılır.Bəzən də qat-qat yığılır. Ya da xuruşları ayrı verilən plovlarda yalnız düyü tək dəmə qoyulur. Düyünün üstünə yağ, zəfəran ya da sarıkök töküb dəm almağa qoyulur.

Plov dəm aldıqda arada yoxlamaq lazımdır ki qazmaq yanmasın.Düyünün hamısını qazmağın üstündən qaşıqla götürürük. Qazmağı düz bir qaba çeviririk.


Sonra qazmaqdan müxtəlif fiqurlar kəsib plovumuzu bəzəyirik.







Nuş olsun!

Comments

comments