Ərzaqlar:

2,5 st süd (ya da su)

1 st un

2-3 ədəd yumurta

1/2 x.q şəkər tozu

1/4 x. q duz

1 x.q bitki yağı

Qızartmaq üçün:

5-6 x.q bikti yağı

Pambıq

Hazırlanması:

Əvvəlcə yumurtanı çalırıq.

Sonra südü əlavə edib çalırıq.

Duzu, şəkər tozunu və bitki yağını töküb çaldıqdan sonra unu əlavə edib, yaxşı çalırıq.

Blinçiki bişirmək üçün balaca tava, balaca çömçə (abgərdən) pambıq, bıçaq və bir balaca kasada yağ götürürük.

Tavanı qızdırırıq. Pambığı əlimizdə yumurulayıb, yağa batırıb, tavanın hər tərəfinə çəkirik.

Əlimizdə qaynar tavanı tutub qarışıqdan bir dolu çömçə töküb tez tavanı fırladaraq hər tərəfinə yayırıq. Tez qazın üstünə qoyuruq.

Hər iki tərəfi çevirib bişiririk.

Hər dəfə tavanı pambığı yağa batırıb silirik. Bu qayda ilə bütün blinçikləri bişiririk.

Bu ölçülərlə 28-30 ədəd incə blinçik alınır.

Nuş olsun!

Comments

comments