Ərzaqlar:
(30 ədəd bilinçik üçün)

2,5 st süd
3 ədəd yumurta
1,5 st un
2 x.q şəkər tozu
2 x.q duru yağ
1 ç.q duz
Bişirmək üçün əlavə 5-6 x.q duru yağ

Hazırlanması:
Dərin qab götürüb duzu, yağı, şəkər tozunu, yumurtanı və
yarım stəkan südü əlavə edib tam qarışanadək çalırıq.

Unu əlavə edib yenə tam qatışanadək çalırıq.

Sonra qalan südü töküb qarışdırırıq.

Ocaqda tavanı qızdırıb,pambığı yağa batırıb tavanı silib xəmirdən 1 çömçə tökürük.
Hər iki üzünü bişiririk. Bu şəkildə xəmir qurtaranadək bişiririk.

Hazır bilinçiklərə içlik qoyub büküb yeyə bilərsiniz. Ya da bala, şəkər tozuna, və s. batırıb yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments