Ərzaqlar:


500 q qoyun əti
2 ədəd baş soğan
150 q quyruq
1/2 st yumru düyü
1-2 x.q əridilmiş kərə yağı (Ət çox yağlı olsa tökməyə bilərsiniz)
Keşniş, şüyüd, nanə hərəsindən balaca dəstə
Duz
İstiot
Tənək yarpağı

Hazırlanması:

Əti və soğanı maşından keçiririk. (Biz çəkilmişi şəkildə göstərmişik)
Düyünü təmizləyib yuyub ətin üstünə tökürük.
Göyərtiləri təmizləyib yuyub xırda doğrayıb ətin üstünə tökürük.
Zövqə görə duz və istiotunu əlavə edib yağı da töküb qarışdırırıq.


Tənək yarpağını bankadan çıxarıb yuyuruq.

Quyruğu yuyub doğrayırıq.

Sonra qabın dibinə yığırıq.

Adi qaydada dolmaları büküb qaba yığırıq.


Üstünə su əlavə edib qab qoyub qazın üstündə bişiririk.


Qabın altına qalın dəmir qoyuruq.Qazın üstünə bir başa qoymuruq.
Suyu çəkilib yağa düşəndə ocaqdan götürürük.


Dolmanı süfrəyə verdikdə yanında qatıq qoyuruq.

Nuş olsun!

Comments

comments