Ərzaqlar:

1 kq toyuq əti, 3 x.q suxarı, 4 ədəd baş soğan, 4-5 x.q alça turşusu, 150 q qoz ləpəsi, 5-6 x.q duru yağ, duz, istiot

Hazırlanması:

Əvvəlcə içliyi yazırlayırıq. 3 ədəd soğanı ət maşınından keçirib suyunu sıxırıq.Üstünə qoz ləpəsi və 4-5 x.q alça turşusu əlavə eidrik. Zövqə görə duz və istiot töküb yaxşı qarışdırırıq. İçlik hazırdır.Toyuq ətini ət maşınından 1 ədəd baş soğanla birgə keçiririk. Üstünə duz, istiot və suxarı töküb qarışdırırıq.Əlimiz ilə küftə kimi düzəldib sonra yayıb içinə içlik qoyub bükürük. Hər tərəfini səliqəli düzəldib formaya salırıq. Bu şəkildə hamısını düzəldirik.Soba qabına soba üçün torbaya yan yana yığırıq.Üstünə 5-6 x.q duru yağ töküb torbanın ağzını bağlayırıq. Üstündən 3-4 yerdən qayçı ilə az kəsirik. 200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!

Levengi, toyuq ləvəngisi necə hazırlanır, sobada ləvəngi hazırlamaq, 

Comments

comments