Ərzaqlar:100 q kərə yağı, 18 ədəd paxlava yuxası , qoz ya da fındıq ləpəsi

İçlik üçün:

1,5 st süd, 2 x.q şəkər tozu, 1 yumurta, 2 x.q un, 1 x.q irmik, 1 paket vanilin, 1 ədəd limonun qabığı

Şərbət üçün:

2 st su, 2 st şəkər tozu, 1 dilim limon

Hazırlanması:

Şərbəti  hazırlamaq üçün şəkər tozu ilə suyu qarışdırıb ocağa qoyuruq. İçinə bir dilim limon əlavə edirik. Normal odda 30 dəqiqə qaynadıb götürürük.İçlik üçün süd, şəkər tozu, yumurta, un, irmik və vanili qazana töküb qarışdırıb ocağa qoyuruq.Qarışdıra –qarışdıra bişiririk. Qatılaşanda 5 dəqiqə də qarışdırıb götürürük. Limon qabığını da əlavə edib qarışdırırıq. Qoyuruq soyuyur. Paxlava yuxalarını lent şəklində kəsirik. 3 paxlava yuxasını üst-üstə qoyuruq.İçlikdən 1 x.q iç qoyub şəkildəki kimi üçkünc bükürük. Bütün yuxaları bu şəkildə hazırlayırıq.Kərə yağını əridib üstünə tökürük.180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Sobadan çıxarandan 2 dəq sonra şərbəti tökürük. Zövqə görə üstünə doğranmış fındıq ləpəsi səpirik. Nuş olsun!

paxlava nece hazirlanir, türk paxlavası necə hazırlanır, türk paxlavası bişirmək, 

Comments

comments