Ərzaqlar:6-7 ədəd badımcan, 10 ədəd kartof, 4 ədəd pomidor, 2 ədəd bibər, duz , istiot, qızartmaq üçün duru yağ

Xırda küftəciklər üçün:

500 q çəkilmiş ət, ç.q ucunda sarıkök, 4 x.q suxarı, 1 baş soğan, 2-3 diş sarımsaq, ½ (yarım) st su, duz , istiot, qızartmaq üçün duru yağ

Şirəsi üçün:

1 x.q pomidor tomatı, 1 x.q bibər tomatı, ½(yarım) st su

Hazırlanması:

Tərəvəzləri təmizləyib yuyuruq. Bütün tərəvəzləri uzun-uzun doğrayırıq. Əvvəlcə tavaya yağ töküb qızdırıb kartofu qızardırıq. Qızaranda üstünə zövqə görə duz və istiot səpirik.Badımcanı duzlayıb qoyuruq. Sonra sıxıb acı suyunu çıxarıb yuyub sıxıb götürürük. Tavada yağda qızardırıq. Qızaranda üstünə zövqə görə duz və istiot səpirik.Bibəri də az qızardıb götürürük. Qızaranda üstünə zövqə görə duz və istiot səpirik.Soba qabına əvvəl kartofu yığırıq.Sonra bibəri yığırıq və üzərinə də badımcanı düzürük.Soğan ilə sarımsağı xırda doğrayırıq. Kotletin ərzaqlarını bir qaba töküb yaxşı qarışdırırıq.Sonra balaca küftələr düzəldirik.Tavada qızdırılmış yağda qızardırıq. Xırda küftəcikləri də qabın ortasına düzürük.Şirəni hazırlamaq üçün tomatları su ilə qarışdırırıq.Şirəni yeməyin hər tərəfinə tökürük.Pomidorları halqa kəsib üstünə düzürük.200-210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk.Hazır yeməyi isti-isti süfrəyə veririk.Nuş olsun!

 

Açar sözlər: Kufte, küfte, sobada kufte, küfte hazırlamaq, kufte hazirlamaq, kufte nece hazirlanir, azerbaycan metbexi, azərbaycan mətbəxi, milli mətbəx, tərəvəzli, sobada, Азербайджанская кухня, azeri mutfağı, azerbaijan cuisine

Comments

comments