Ərzaqlar:150 q qurabiyə, 100 q kərə yağı
İçlik üçün:
400 q labne pendiri, 3 ədəd yumurta, 1 paket qaymaq, ½ st şəkər tozu, 1 x.q un, 1 x.q nişasta, 1 paket vanil, 1 ədəd limon qabığı Üstünün şirəsi üçün:
4 ədəd portağal, 2 x.q şəkər tozu, 2 x.q nişasta
Hazırlanması:
Qurabiyəni əzirik.Üstünə ərinmiş yağı töküb qarışdırırıq.Diametri 26 sm olan qabı götürüb altına kalka kağızı səpib qarışığı töküb yayırıq. Üstündən stəkanla bərkidirik.Hazır olanda soyuducuya qoyuruq.
İçliyi hazırlayırıq.
İçlik üçün labne pendiri ilə şəkər tozunu çalırıq.Sonra üstünə qaymağı əlavə edib çalırıq.Yumurtaları əlavə edib çalırıq.Nişasta, vanil və unu əlavə edib çalırıq.Bir ədəd portakalın qabığını əlavə edib çalırıq.Soyuducuya qoyduğumuz qabı çıxarıb içliyi töküb yayırıq.
Qabın kənarını falqa kağızı ilə bağlayırıq.160 dərəcə istinmiş sobada 1saata bişiririk.Tamam soyuduqdan sonra soyuducuya qoyuruq. 2-3 saat sonra üstü üçün şirə hazırlayırıq.
Şirə üçün portakalın suyunun üstünə qalan ərzaqları töküb ocaqda qatılaşanadək bişiririk.İlıq olanda üstünə tökürük. Yenidən soyuducuya qoyuruq.Yaxşı olar ki, axşamdan hazırlayıb sabahı çay süfrəsinə verəsiniz.
Qabdan çıxarıb süfrəyə veririk.
Nuş olsun!
çizkek necə hazırlanır, çizkek bişirmək, çizkekin hazırlanması