Ərzaqlar:

200 q yumşaq kərə yağı
1 st qoz ləpəsi
2-3 ədəd yumurta
1 st pudra şəkər
1 paket qabartma tozu
1 paket vanil
Un aparanadək

Hazırlanması:

Pudra şəkər ilə yağı çalırıq.

Yumurtaların ikisinin ağını saxlayıb qalanını töküb yenə çalırıq.

Unu az-az əlavə edib əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirdən eyni ölçülü kündələr düzəldirik.

Soba qabına kalka kağızı sərib yığırıq.

Üstünə yumurta ağı çəkirik.

Sonra qoz ləpələrini üstünə qoyuruq. Yenə yumurta ağı çəkirik.

180 dərəcə qızmış sobada qızılı rəngdə olanadək bişiririk.

Nuş olsun!

Comments

comments