Ərzaqlar:

5 ədəd yumurta
1 st başından 2 x.q az un
2 x.q kakao
1 st şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Yumurtanın ağını sarısından ayırıb ağını ağaranadək çalırıq.

Sonra şəkər tozunu və vanili əlavə edib bərkiyənədək çalırıq.

Yumurta sarılarını əlavə edib çalırıq.

Un ilə kakaonu qarışdırıb sonra üstünə əlavə edib qarışdırırıq.

Diametri 26 sm olan qaba kağız sərib xəmiri tökürük.

180 dərəcə qızmış sobada 25 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra iki bölüb tortlarda istifadə edirik.

Nuş olsun!

Comments

comments