Ərzaqlar:

1/2 st kişmiş

1/2 st qoz ləpəsi

1/2 st süd

1/2 st duru yağ

2 st un

1 st şəkər tozu

3 ədəd yumurta

1 ədəd limon suyu və qabığı

1 paket qabartma tozu

1 paket vanil

Hazırlanması:

Kişmişi təmizləyib yuyub dəsmalla quruduruq. Üstünə un səpib qarışdırırıq.

Qozu xırda doğrayırıq.

Yumurta ilə şəkər tozunu ağaranadək mikserlə mikserlə çalırıq.

Yağı əlavə edib mikserlə çalırıq.

Südü əlavə edib mikserlə çalırıq.

Limon suyunu və qabığını əlavə edib mikserlə çalırıq.

Vanili, qabartma tozunu və unu əlavə edib aşağı sürətlə mikserlə çalırıq.

Qozu və kişmişi də əlavə edib aşağı sürətlə mikserlə çalırıq.

Qabı kərə yağı ilə yağlayırıq.

Xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişiririk.

Soyuduqdan sonra zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments