Ərzaqlar:

500 q çəkilmiş mal və ya qoyun əti

1 st quru paxla

3 ədəd baş soğan

2-3 diş sarımsaq

2-3 ədəd pomidor

3 ədəd badımcan

3 x.q əridilmiş kərə yağı

Duz

Istiot

Hazırlanması:

Lobyanı axşamdan islağa qoyub suda bişiririk. (Tam bişirməyin)

Bütün ərzaqları təmizləyib yuyuruq.

Badımcanın qabığını soyub halqa doğrayıb duzlayırıq. 10-15 dəqiqə qalır sonra sıxıb acı suyunu çıxardırıq və yuyub sıxırıq.

Soğanın birini nazik uzun doğrayırıq.Pomidorun qabığını soyub halqa doğrayırıq. Sarımsağı xırda doğrayırıq.

Çəkilmiş ətə iki soğanı çəkib duz və istiot töküb qarışdırırıq.

Qazana əti kotlet formasında düzəldib düzürük.

Üstünə lobyanı tökürük.

Paxlanın üstünə soğanı və sarımsağı əlavə edirik.

Badımcanı tökürük.

Pomidoru düzürük.

Üstünə duz, istiot səpib yağı tökürük. (əridilmiş kərə yağının əvəzinə zeytun yağı da tökə bilərsiniz.)

1 st su əlavə edib yeməyi normal odda bişməyə qoyuruq.

Yeməyin suyu çəkilib yağa düşəndə hazır olacaq.

Nuş olsun!

Comments

comments