Ərzaqlar:

700 q qoyun əti

5 ədəd pomidor

3 ədəd şirin bibər

6 ədəd orta baş soğan

3-4 diş sarımsaq

1 st su

Duz

Istiot

Hazırlanması:

Əti doğrayıb yuyuruq. Bütün tərəvəzləri təmizləyib yuyuruq.

Soğanı iki bölüb uzununa nazik doğrayırıq.

Ətə duz və istiot vurub qarışdırırıq.

Doğradığımız soğanı ətin üstünə əlavə edib az duz da səpib qarışdırırıq.

Pomidorun qabığını soyub halqa doğrayırıq.

Sarımsağı xırda doğrayırıq.

Bibəri nazik uzun doğrayırıq.

Qazana soğanlı əti tökürük.

Üstünə sarımsağı əlavə edirik.

Onun üstünə bibəri tökürük.

Pomidorları düzürük.

Duz və istiot səpirik. 1 st soyuq su əlavə edib vam odda 2-2,5 saata bişiririk. Yeməyin suyu az qalanda hazır olacaq.

Buğlamanı qaba yığıb isti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments