Ərzaqlar:

200 q kərə yağı
1/2 st şəkər tozu
1 ədəd yumurta
1 paket qabartma tozu
1 paket vanil
2,5 st un
Krem və bəzəklər

Hazırlanması:

Krem üçün baxa bilərsiniz: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]Qatılaşdırılmış süd ilə yağlı krem[/url]
Yumşaq kərə yağı, şəkər tozu və vanili çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib çalırıq. Əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirdən qozdan az balaca kündələr düzəldirik.

Qabları kərə yağı ilə yağlayırıq.

Kündəni içinə qoyub əlimiz ilə yayırıq.


Hamısını bu şəkildə düzəldirik.

Çox şişməməsi üçün çəngəlləyirik.

180 dərəcə isinmiş sobada 15 dəqiqə bişiririk.


Tamam soyuduqdan sonra üstünə krem qoyub zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments