Ərzaqlar:

350 q toyuğun döş əti
100 q kərə yağı
3 x.q duru yağ
50 q qoz ləpəsi
1 ədəd kök
2 diş sarımsaq
2 baş soğan
Duz
İstiot

Hazırlanması:

Toyuğun döş ətini suda bişiririk. Suyuna az duz tökürük. Bişəndə doğrayırıq.

Soğan və sarımsağın qabığını soyub yuduqdan sonra xıra doğrayıb üstünə duz və yağın yarısını töküb qızılı rəngdə olanadək bişiririk.

Soğan hazır olanda kökü əlavə edirik. 5 dəqiqə qarışdırıb bişiririk.

Üstünə doğranmış toyuq ətini, qoz ləpəsini tökürük. Qalan kərə yağını da əlavə edirik.
Zövqə görə duz və istiot səpib 5 dəqiqə qarışdırıb bişiririk.

Hazır olduqda ət maşınından keçiririk.

Zövqə görə bir daha duz və istiotuna bir daha baxıb əlavə edirik.
Kalka kağızını sərib çəkilmiş ət qarışığını töküb əlimiz ilə rulet formasında düzəldirik. Əgər quru olsa əlavə kərə yağı tökə bilərsiniz.

Kağızı büküb başlarını bərkidirik.

Hazır ruleti soyuducuya qoyuruq bərkiyir.
Yaxşı olar ki, axşamdan hazırlayıb sabahı süfrəyə verəsiniz.

Hazır ruleti çıxarıb halqa formada dilimləyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments