Ərzaqlar:

200 q kərə yağı
1/3 (üçdə bir) st şəkər pudrası
1 ədəd yumurta
2,5 st un
1 paket qabartma tozu
1 paket vanil
Nutella
Xəmirin altına səpmək üçün əlavə un

Hazırlanması:

Yumşaq kərə yağı, şəkər kirşanı və vanili çalırıq. Sora yumurtanı əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib tam qarışanadək çalırıq.

Əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirin altına az un səpib 1 sm qalınlıqda yayırıq. Oxlov ya da əl ilə yaya bilərsiniz.

Qurabiyə kəsənlə kəsirik.

Xəmirin yanından qalanı yenə kündələyib yenə yayırıq. Kündənin altına az un səpirik. Bu qayda ilə xəmir qurtaranadək yayıb kəsirik.

Kəsdiyiniz aləti una batırdıqda xəmirə yapışmır və rahatlıqla çıxır.
Soba qabına kalka kağızı sərib yığırıq.

180 dərəcə isinmiş sobada 25 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra arasına və üstünə nutelladan qoyuruq.

Nuş olsun!

Comments

comments