Ərzaqlar:


Ovxantı üçün:

100 q kərə yağı

1 st un

2 x.q şəkər tozu

3 x.q kakao

1 paket qabartma tozu

İçlik üçün:

500 q kəsmik

4 ədəd yumurta

1/2 st şəkər tozu

Hazırlanması:

İçliyi hazırlamaq üçün kəsmik, yumurta və şəkər tozunu dərin bir qaba töküb mikserlə tam qarışanadək çalıb bir kənara qoyuruq.


Ovxantını hazırlamaq üçün yağı sürtgəcdən keçirib unla oburuq.


Ovuntunun üstünə qabartma tozunu, şəkər tozunu və kakaonu əlavə edib qarışdırırıq.

Diametri 26 sm qab götürüb yağlayırıq. Sonra ovxantının yarısını tökürük.

Ovxantının üstünə içliyi töküb yayırıq.

Qalan ovxantının yarısını içliyin üstünə səpirik.

180-190 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonar kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments