(Şuşa mətbəxi)

Ərzaqlar:


3 st uzun düyü

350 q qiymə (1 ədəd soğan ilə çəkilmiş əti duz , istiot vurub yağda qovururuq)

150 q zoğal qurusu ya da təzəsi

100 q kişmiş

3 x.q əridilmiş kərə yağı

Duz

Qazmaq üçün:

1 st un

50 q yağ

1 ədəd yumurta

1/3 ç.q duz

Hazırlanması:

Düyünü yuyub islağa qoyuruq.

Qiyməni hazırlamaq üçün 1 ədəd soğan ilə çəkilmiş əti duz, istiot vurub yağda qovururuq. Qovrulmuş qiymənin üstünə kişmişi təmizləyib, yuyub, tökürük.

2-3 dəqiqə qovurduqdan sonra zoğalı əlavə edirik. 5 dəqiqə də qovurub götürürük.

Qazmağı hazırlayırıq:
Un ilə yumşaq yağı ovuruq. Üstünə duz və yumurtanı əlavə edib yumşaq xəmir düzəldirik. Xəmri qoyuruq bir kənara.

Düyünü bişirmək üçün suyu qaynadırıq. Adi qaydada duzlu suda yarıhazır olanadək düyünü bişirib süzürük.

Qazanın içinə az yağ töküb istidirik.
Sonra xəmiri qalınlığl 0,3-0,5 qalınlıqda yayıb qazanın dibinə səririk.

Formalı olsun deyə stəkanın ağzı ilə kəsirik. Başqa formalarda da kəsmək olar.

Sonra düyüdən tökürük.

Qiymənin yarısını tökürük.

Yenə düyüdən tökürük.

Qiymənin qalanını töküb qalan düyünü əlavə edirik.Yağ töküb aşı dəm almağa qoyuruq.

Qazanın qapağına dəsmal qoyub qazanın ağzını örtürük. Plov 45 dəqiqəyə-1 saata dəm alacaq. Arada yoxlayın qazmağınız yanmasın.

Dəm almış plovu qaba çəkib üstünü qazmaqla bəzəyib qaynar yağ töküb süfrəyə veririk.

Nuş olsun!

Comments

comments