Ərzaqlar:


500 q vermişel ya da əriştə

2-3 ədəd kartof

3-4 x.q əridilmiş kərə yağı

300 q çəkilmiş ət

1 ədəd baş soğan

Duz

Istiot

Hazırlanması:

Kartofun qabığını soyub yuyub halqa doğrayırıq.
Vermişeli ya da əriştəni yağsız tavada qovururuq.
Vermişeli ya da əriştəni duzlu suda bişirib süzürük.

Qiyməni çəkilmiş soğanla qarışdırıb duz,istiot vurub qovurub bişiririk.
Qazana yağ töküb istidirik.Kartofları düzürük.Kartofun üstünə duz, istiot və sarıkök səpirik.

Kartofun üstünə vermeşelin yarısını tökürük.
Üstünə qiymənin yarısını tökürük.
Yenə qalan vermişeli tökürük.
Sonra qalan qiyməni töküb üstünə yağ əlavə edib 45 dəqiqə vam odda plovlarda olduğu kimi dəmə qoyuruq. Qazanın qapağına dəsmal qoyuruq.

Hazır yeməyi qaba çəkib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments