Ərzaqlar:


1 ədəd orta boy gül kələmi
2 ədəd yumurta
2 x.q un
Duz
Istiot
Qızartmaq üçün yağ

Hazırlanması:

Gül kələmini xırdalayıb yuyuruq.

Sonra duzlu suda tam bişənədək qaynadırıq.

Sonra sudan çıxarıb əzib pure şəklinə salırıq.

Qoyuruq soyuyur.Soyuduqdan sonar üstünə yumurta, duz və istiot əlavə edib yaxşı qarışdırırıq.


Tavada yağı qızdırıb əzmədən 1 x.q götürüb qoyuruq.Hamısını bu şəkildə töküb hər iki üzünü qızardırıq.

Yeməyi isti-isti süfrəyə veririk.

Zövqə görə istəsəniz içliyinə istədiyiniz göyərtilərdən vura bilərsiniz.

Nuş olsun!

Comments

comments