Ərzaqlar:


4 ədəd yumurta
1 st şəkər tozu
1/2 st süd
100 q kərə yağı
2 st un + 1 x.q
1 st tumu çıxarılmış albalı
1 paket qabartma tozu
1 paket vanil

Hazırlanması:

Yumşaq kərə yağı, şəkər tozu və vanili mikserlə tam qarışanadək çalırıq.

Yumurtaları əlavə edib yenə tam qarışanadək çalırıq.

Südü əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib çalırıq.

Albalının üstünə 1 x.q un əlavə edib qarışdırırıq.

Albalını xəmrə əlavə edib yenə qarışdırırıq.

Soba qabına kağız qoyub ya da yağlayıb xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 35 dəqiqəyə bişiririk.

Soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments