Ərzaqlar:

4 st düyü
300 q çəkilmiş ət
4 ədəd baş soğan
6 x.q əridimiş kərə yağı
100 q kişmiş
100 q qaysı
50 q qoz ləpəsi
250 q tumu çıxarılmış albalı
1 x.q şəkər tozu
Ç.q ucunda limon duzu
Ç.q ucunda sarıkök
Ç.q zəfəran
Duz
Istiot
Qazmaq üçün:

1 st un
50 q yağ
1 ədəd yumurta
Bir çimik duz
Ç.q ucunda sarıkök

Hazırlanması:

Düyünü yuyub duzlu suda islağa qoyuruq.Zəfəranın üstünə qaynar suyu töküb dəm almağa qoyuruq.

Unun üstünə duzu və sarıkökü töküb qarışdırırıq.

Yağı əlavə edib ovuruq.

Yumurtanı əlavə edib normal xəmir düzəldirik.

Xəmiri qazanın ölçüsündə yayırıq.

Düyünü adi qaydada duzlu suda bişirib süzürük.Suyuna limon duzu tökürük. Süzdükdən sonra üstünə zəfərən dəmi tökürük.

Plovu dəmləyəcəyimiz qazana az yağ töküb əridirik.

Yayılmış xəmiri yağın üstünə qoyub yerləşdiririk. Xəmiri istədiyiniz formada kəsə bilərsiniz.

Süzülmüş düyünü xəmirin üstünə töküb üstünə yağ əlavə edib 1 saatlıq dəm almağa qoyuruq.
Qabığı soyulub yuyulmuş iki soğanı nazik uzun doğrayırıq.
Qaysını doğrayırıq. Kişmiş ilə qaysını təmizələyib yuyuruq.
Qoz ləpəsini blenderdən keçiririk.

Doğranmış soğanın üstünə duz, yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Sonra yuyulmuş kişmiş ilə qaysının yarısını tökürük.
3-5 dəqiqə qovurduqdan sonra şəkər tozunu,qozu və albalını əlavə edirik.
Qarışdırırıq. 10-15 dəqiqə vam odda bişiririk.

Çəkilmiş ətin üstünə 2 soğanı blenderdən ya da ət çəkən maşından keçirib tökürük. Üstünə yağ,sarıkök, duz və istiot əlavə edib qaydada qiyməni bişənədək qovururuq.
Hazır olduqdan sonra kişmiş ilə qaysının yarısını əlavə edirik. 5 dəqiqə kimi qovurub götürürük.

Plov dəm aldıqda düyünü qaba təpəcik şəklində yığırıq. Sonra hər iki qara(xuruş) və qazmaq ilə plovu bəzəyirik. Plovun üstünə qaynar yağ töküb süfrəyə veririk. Qaraları düyünün yanında ayrıca qabda da verə bilərsiniz.

Nuş olsun!

Comments

comments