Ərzaqlar:

2 ədəd banan

100 q kərə yağı

2 ədəd yumurta

1 st şəkər tozu

2/3 st süd

2 st un

1 paket qabartma tozu

1 paket vanil

Ç.q  ucunda duz

Hazırlanması:

Bananları çəngəl ilə əzirik.

Şəkər tozunu kərə yağı və vanil ilə mikserlə çalırıq.

Əzilmiş bananı əlavə edib yenə çalırıq.

Südü əlavə edib çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Qabartma tozunu və unu əlavə edib qarışdırırıq.

Qabı yağlayıb unladıqdan sonra xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments