Ərzaqlar:


1 ədəd toyuq
1 ədəd bibər
3 ədəd pomidor
2 ədəd badımcan
2-3 diş sarımsaq
2 ədəd soğan
4 ədəd kartof
2-3 x.q əridilmiş kərə yağı
Duz
Istiot

Hazırlanması:

Bütün tərəvəzləri təmizləyib yuyuruq.Badımcanı doğrayıb duzlayırıq. 20 dəqiqəqaldıqdan sonar sıxıb acı suyunu yuyub yenidən sıxırıq.Soğan ilə sarımsağı doğrayırıq.
Pomidoru halqa doğrayırıq.

Kartofu qalın halqa doğrayırıq.

Bibəri nazık uzun doğrayırıq.

Toyuğu doğrayıb təmizləyib yuyuruq.

Üstünə duz və istiot səpib qarışdırıb qazanın dibinə yığırıq.

Toyuğun üstünə sarımsaq ilə soğanı səpirik.

Sonra bibəri və kartofu tökürük.

Badımcanı, pamıdoru düzüb üstünə yağını və duz istiotunu əlavə edirik.1 st su töküb ocağa qoyuruq.

Vam odda yemək yağa düşənədək bişiririk.

Nuş olsun!

Comments

comments