Ərzaqlar:6 ədəd badımcan, 400 q çəkilmiş ət (qoyun ilə malın qarışığı), 3-4 ədəd pomidor, 3 ədəd baş soğan, 2-3 diş sarımsaq, 1 x.q pomidor məti (tomat), 2 x.q əridilmiş kərə yağı, badımcan ıqızartmaq üçün duru yağ, duz, istiot

Hazırlanması:

Badımcanı lay-lay doğrayıb duzlayırıq, 15-20 dəqiqə saxladıqdan sonra duzlu suyunu sıxıb yuyuruq.Az duz səpib yağda qızardırıq.
Ətin üstünə soğanı blenderdən keçirib tökürük. Zövqə görə duz və istiot töküb qarışdırırıq.Ətdən balaca küfdəciklər düzəldib qızardılmış lay badımcanın üstünə qoyub şəkildəki kimi bükürük.
Bükülmüş badımcanları qaba yığırıq.Pomidor mətini və pomidoru yuyub qabığını soyub sarımsaqla birblenderdən çəkirik.İçinə az duz və istiot töküb qarışdırırıq. (bu qarışığı istəsəniz yağda qovurub tökə bilərsiniz)
Pomidor suyunu bükülmüş badımcanların üstünə tökürük. Əridilmiş kərə yağını yeməyə əlavə edirik.200 – 210 dərəcə qızdırılmış sobada suyu çəkilib yağa düşənədək bişiririk.

Nuş olsun!

badımcan bükməsi necə hazırlanır, sobada badımcanlı yemək hazırlamaq, sobada kotlet badımcanlı

Comments

comments