Ərzaqlar:
Ovxantı üçün:
3 st un, 1 paket qabartma tozu, 200 q kərə yağı, 1 st şəkər tozu
İçlik üçün:
1 kq şor( kəsmik), 350 q xama (smetan), 6 ədəd yumurta, 1 st şəkər tozu, 1 paket vanil, 1 ədəd limonun qabığı
Hazırlanması:
Əvvəlcə unu qabartma tozunu dərin bir qaba töküb qarışdırırıq.
Sonra yağı xırda hissələrə bölüb un ilə ovuruq.
Sonra şəkər tozunu əlavə edib qarışdırırıq. Qarışığın yarısından bir az çoxunu soba qabına kağız qoyub tökürük. Qalan hissəsini üstü üçün saxlayırıq.
İçliyi hazırlayırıq – kəsmiyi, yumurtanın sarısını, xamanı, vanili və limonun qabığını bir qaba töküb mikserlə tam qarışanadək çalırıq.
Yumurtanın ağını başqa bir qabda bərkiyənədək mikserlə çalırıq.
Sonra şəkər tozunu əlavə edib yenə bərkiyənədək mikserlə çalırıq.Çaldığımız yumurta ağını kəsmikli qarışığa əlavə edib qarışdırırıq.İçliyi qaba töküb yayırıq.
Qalan ovxantını da üstünə səpirik.
175 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.
Piroq tamam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.Nuş olsun!