Ərzaqlar:4 ədəd börək yuxası, 1 st süd, 1/3 st duru yağ (qarğıdalı ya da zeytun yağı)

İçlik üçün:

250 q ağ pendir, balaca dəstə cəfəri

Üstü üçün:

100-150 q pendir

Hazırlanması:

Cəfərini təmizləyib yuyub xırda doğrayıb pendiri əzib qarışdırırıq.Pendiri sürtgəcdən keçiririk.Südü və duru yağı dərin qaba töküb çalırıq.Yuxanın birini götürüb süd qarışığından çəkirik.Yenə ikinci yuxanı qoyub süd qarışığından çəkirik. Sonra üstünə pendir yayırıq.Şəkildəki kimi bükürük.İki yuxanı da bu çəkildə hazırlayırıq.Bükülmüş yuxaları 2 barmaq enində kəsirik.Soba qabına yığırıq. Qalan süd qarışığını üstünə çəkirik.Üstünə pendir səpirik.200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk. Nuş olsun!

 

Comments

comments