Ərzaqlar:Xəmir üçün:

350 q xama (smetan), 2 ədəd yumurta,50 q kərə yağı, 2  x.q duru yağ (qarğıdalı), 1 paket qabartma tozu, 1 ç.q duz, 4 st un

İçlik üçün:

6 ədəd kartof, 2 ədəd baş soğan, 1 x.q əridilmiş kərə yağı, duz, istiot,zövqə görə şüyüt, qızartmaq üçün duru yağ

Hazırlanması:

İçliyi hazırlamaq üçün baxın: kartof əzməsi

Xəmiri hazırlamaq üçün dərin qaba xamanı, yağları, duzu, qabartma tozunu və yumurtanı əlavə edib qarışdırırıq.Az-az undan əlavə edib əvvəlcə qaşıqla sonra əlimiz ilə qarışdırıb yumşaq xəmir düzəldirik.Xəmirdən 50 q kündələr düzəldirik.Kündənin birini götürüb oxlovla qalınlığı 0,5 mm olmaqla uzunsov yayırıq.İçlikdən qoyub şəkildəki kimi bükürük.Bu şəkildə bütün kündələri hazırlayırıqTavanı ocağın üstünə qoyub içinə duru yağı əlavə edirik. Yağ qızdıqda hazırladığımız perajkiləri qoyub hər iki tərəfini qızardırıq.Nuş olsun!

perajki necə hazırlanır, pirojki hazırlamaq, kartof əzmə

Comments

comments