Ərzaqlar:

200 q kəsmik
100 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
50 q kokos
1 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu
2 st un
Yaymaq üçün əlavə un

Hazırlanması:

Yumşaq kərə yağı ilə şəkər tozunu və vanili qarışdırırıq.

Üstünə yumurtanı əlavə edib qarışdırırıq.

Kokosu əlavə edib qarışdırırıq.

Kəsmiyi əlavə edib qarışdırırıq.

Qabartma tozunu və unu əlavə edib qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirin altına un səpib oxlovla qalınlığı 1 sm olmaqla yayırıq.

Müxtəlif fiqurlu kəsici alətlərlə kəsirik.

Qaba kağız sərib yığırıq.

180 dərəcə qızmış sobada 15 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments