Ərzaqlar:

5 ədəd konserv olunmuş ananas halqası
100 q pendir
200 q toyuğun döş əti
50 q qoz ləpəsi
4-5 x.q mayonez
Duz
Balaca dəstə şüyüd
1 ədəd nar

Hazırlanması:

Toyuğun döş ətini suda üstünə az duz səpib bişiririk.

Soyuduqdan sonra doğrayırıq.

Ananası doğrayırıq.

Qoz ləpəsini doğrayırıq.

Pendiri doğrayırıq.

Bütün doğranmış ərzaqlarl bir yerə töküb qarışdırırıq.

Sonra zövqə görə duzunu əlavə edirik. Mayonezini töküb qarışdırırıq.

Salatı qaba töküb üstünə doğranmış şüyüd və nar dənələri səpirik.

Nuş olsun!

Comments

comments