Ərzaqlar:
150 q kərə yağı
1 st şəkər kirşanı
1 st nişasta
2 x.q qatıq
1 paket qabartma tozu
2 x.q kakao
Aparanadək un(2,5 st)
1 ədəd yumurta
1 paket vanil
Hazırlanması:
Nişasta, şəkər kirşanı,vanil və qabartma tozunu dərin bir qaba töküb qarışdırırıq.
Yumşaq kərə yağını əlavə edib əlimiz ilə ovuruq.
Yumurta və qatığı əlavə edib qarışdırırıq.
Unu az-az əlavə edib qarışdırırıq. Xəmir ələ az yapışan olanda iki yerə bölürük.
Birinə 2 x.q un birinə isə 2 x.q kakao əlavə edib xəmirləri düzəldirik.
Xəmir elastik və yumşaq olmalıdır.Hər iki xəmirdən balaca kündələr düzəldirik.
Sonra onlardan birini ortaya qoyub 6 ədəd kündəni isə ona yapışdırıb gül formasında düzəldirik.
Bu şəkildə bütün xəmiri düzəldirik. Soba qabına kağız sərib aralı düzürük.
180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişiririk.
Nuş olsun!