Ərzaqlar:

100 q kərə yağı
2 ədəd yumurta
1/2 st şəkər tozu
1 st un
1 paket qabartma tozu
Bir çimdik duz
1/2 limonun qabğı

İçlik üçün:
400 q pəhriz kəsmik
2 ədəd yumurta
1/2 st şəkər tozu
1 x.q nişasta
1/2 limonun qabğı
400 q albalı

Üstü üçün:
1 ç.q şəkər kirşanı

Hazırlanması:

Albalının tumunu çıxarıb suyu süzülməyə qoyuruq.
Yumşaq kərə yağı, şəkər tozu və limon qabığını mikserlə tam qarışanadək çalırıq.

Yumurtanı əlavə edib çalırıq.

Qabartma tozunu və unu əlavə edib çalırıq.

Diametri 26 sm olan qabı yağlayıb xəmiri töküb yayırıq.

İçlik üçün kəsmiyi dərin qaba töküb şəkər tozu və limon qabığını əlavə edib çalırıq.


Yumurtanı əlavə edib tam qarışanadək çalırıq.
Niişastanı əlavə edib çalırıq.

Kəsmikli qarışığı xəmirin üstünə töküb yayırıq.

Sonra albalını kəsmiyin üstünə düzürük.

180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
Bişdikdən sonra soyuduqda qabdan çıxarırıq.Tam soyuyanda üstünə şəkər kirşanı səpirik.


Nuş olsun!

Comments

comments