Ərzaqlar:

Xəmir üçün:

4,5 st un

200 q kərə yağı

2/3 st şəkər tozu

5 yumurta

1 paket qabartma tozu (5 q)

İçlik üçün:

5 ədəd alma

Üstü üçün:

400 q xama

1 paket vanil (5q)

2/3 st şəkər tozu

Hazırlanması:

Unu ələdikdən sonra yumşalmış kərə yağı ilə ovuruq.

Şəkər tozunu qarışığa əlavə edib qarışdırırıq.

Yumurtanı əlavə edib qarışdırırıq.

Qabartma tozunu da əlavə edib xəmiri əlimizlə yoğururuq.

30×20 ölçülü qab götürüb kağız səririk (ya da qabı kərə yağı ilə hər tərəfini yağlayırıq).

Xəmiri 1 sm qalınlıqda qaba yayırıq. Kənarlarını da 1 sm hündürlükdə düzəldirik.

Almaları yuduqdan sonra qabığını soyub xırda doğrayırıq.

Doğradığımız almanı xəmirin üstünə bərabər tökürük.

Xama ilə vanil və şəkər tozunu qaşıqla yaxşı çalırıq.

Çaldığımız xamanı almanın üstündən töküb yayırıq.

170 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.

Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments