Ərzaqlar:

1 kq çəkilmiş qoyun əti (vəya mal əti)

3 ədəd baş soğan

6 ədəd yumurta

1ç.q sumaq

Keşniş, şüyüd

Duz

Istiot

Hazırlanması:

Yumutranı suda tam bişirib qabığını təmizləyirik.

Soğanı sürtgəcdən ya blenderdən keçiririk. (Ya da əti soğanla bir maşından keçiririk )

Ətə soğanı, duz və istiotu əlavə edib az soyuq su da töküb yaxşı qarışdırırıq. 30 dəqiqə soyudicuda saxlayırıq.

Ətdən götürük əlimizdə böyük küftə düzəldirik və onu yayırıq.

Ortasına yumurtanı qoyub kənarlarını örtürük.

Bu şəkildə küftələrin hamısını düzəldirik.

Qaba yığılmış küftənin üstünə 1 st su ya da bulyon töküb yeməyi bişməyə qoyuruq.

Suyu az qalana qədər o tərəf bu tərəfini çevirib vam odda bişiririk.

Arzuman küftəsini süfrəyə verdikdə üstünə keşniş ilə şüyüdü xırda doğrayıb tökürük. Yanında isə sumaq veririk.

Nuş olsun!

Comments

comments