Ərzaqlar:

1 ədəd alma

2 ədəd portağal

2 ədəd kivi

1 ədəd banan

1 x.q şəkər kirşanı

Hazırlanması:

Bananın qabığını soyub xırda dördkünc doğrayırıq.

Almanı yuduqdan sonra qabığını soyub xirda dördkünc doğrayırıq.

Portağalı yuduqdan sonra qabığını soyub xırda dördkünc doğrayırıq.

Kivinin qabığını soyub yuyub xırda dördkünc doğrayırıq.

Bütün meyvələri üstünə şəkər kirşanı töküb qarışdırırıq.

Zövqə görə qablara yığıb bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments