Ərzaqlar:

500 q qoyun əti

200-300 q qoyun piyi

4-5 ədəd badımcan

3 ədəd pomidor

2 ədəd şirin bibər

3-4 ədəd kartof

2-3 diş sarımsaq

3 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

1 dəstə keşniş və şüyüd

Duz

Istiot

Hazırlanması:

Badımcanın qabığını soyub halqa doğrayıb üstünə duz səpirik. 5-10 dəqiqədən sonra acı suyunu sıxıb çıxardırıq. Duzunun getməsi üçün yenidən yuyub suyunu sıxıb götürürük.

Pomidoru yuyuruq. Soğanın,sarımsağın və kartofun qabığını soyub yuyuruq. Bibərin içini çıxardıb yuyuruq. Bütün tərəvəzləri halqa doğrayırıq.

Ət ilə piyi xırda doğrayıb yuyub qabaqcadan yarı bişmiş vəziyyətdə duzlu suda bişiririk. (Tez bişən ət olduqda əti suda bişirmirik. Piy ilə bərabər doğrayıb duz istiot vurub qazanın dibinə düzürük)

Əvvəlcə ət ilə piyi qazanın dibinə düzürük.

Üstünə soğanı halqa doğrayıb tökürük.

Sonra badımcanı tökürük.

Yenə halqa doğranmış soğan tökürük.

Kartofu halqa doğrayıb yığırıq.

Pomidoru halqa doğrayıb yığırıq.

Bibəri halqa doğrayıb yığırıq.

Sarımsağı xırda doğrayıb tökürük. Göyərtini də təmizləyib yuduqdan sonra xırda doğrayıb tökürük. Yağı əlavə edirik. Əgər piy çox vursanız yağ tökməyə bilərsiniz.

Üstünə 1/3 st su əlavə edib normal odda (ya da su tökməyib vam odda) suyu çəkilib yağa düşənə qədər bişiririk.

Nuş olsun!

Comments

comments