Ərzaqlar:
yağlı xəmir, hazır bişirilmiş qiymə
Üzü üçün yumurta və küncüt
Hazırlanması:
Kvadrat şəklində kəsilmiş 10×10 sm olan yağlı xəmiri şəkildəki kimi kəsirik.İçinə qiymə qoyuruq.
Şəkildəki formada bükürük.
Bu formada hamısını düzəldirik və soba qabına kalka kağızı sərib yığırıq.
Üstünə yumurta çəkirik.
190-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Nuş olsun!