Ərzaqlar:15 ədəd bilinçik, 1 kq xırda doğranmış ət, 2 ədəd baş soğan, 4-5 ədəd pomidor, 1 ədəd bibər, 2 x.q əridilmiş kərə yağı, 1 x.q pomidor tomatı, duz, istiot

Üstü üçün:

100 q pendir

Beşamel sos üçün:

1 x.q yağ, 2 x.q un, 2 st süd, duz, istiot

Hazırlanması:

Bilinçiki hazırlamaq üçün baxın: https://resept.az/blincik-3/

Soğanın qabığını soyub xırda doğrayırıq. Tavaya töküb üstünə az duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq. Sonra əti suda bişiririk və soğanın üzərinə əvvəlcədən suda bişirdiyimiz əti əlavə edirik.Bir az qovurduqdan sonra üstünə tomatı, 2 ədəd pomidorun qabığını soyub xırda doğrayıb pomidoru və xırda doğranmış bibəri əlavə edib qarışdırırıq.Zövqə görə duz və istiotunu tökürük. 5-10 dəqiqə kimi qovurub götürürük. Daha sonra Beşamel sos üçün yağı tavada qızdırıb unu əlavə edib qovururuq. Qovrulanda südü töküb tez-tez qarışdırırıq.5 dəqiqə kimi qarışdırıb üstünə zövqə görə duz və istiotu töküb ocaqdan götürürük.Blinçikin birini götürüb qovurmadan qoyub bükürük.Bu şəkildə qab dolanadək büküb yerləşdiririk.Beşamel sosu üstünə töküb yayırıq.Qalan pomidorları halqa doğrayıb üstünə yığırıq.Pendiri sürtgəcdən keçirib üstünə səpirik.200 dərəcə qızdırılmış sobada pendiri qızılı rəngdə olanadək bişiririk. Pendir çox qurumasın. Az qızarsın.Yeməyi isti-isti süfrəyə veririk. Nuş olsun!

Comments

comments