Ərzaqlar:4 ədəd börək yuxası

İçlik üçün:

100 q ağ pendir,1 baş soğan

Göyərtisi üçün:

1 dəstə cəfəri,1 dəstə ispanaq,1 dəstə şüyüd,1 dəstə keşniş,1 dəstə nanə, duz

Şirəsi üçün:

½(yarım) st süd,1½(yarım) st qatıq, ½(yarım) st duru yağ, 1 paket qabartma tozu, 2 ədəd yumurta ağı

Üzü üçün:

2 ədəd yumurta sarısı, küncüt

Hazırlanması:

Təmizlənib yuyulmuş göyərtiləri xırda doğrayırıq. Soğanı da təmizləyib yuyub xırda doğrayıb göyərtinin üstünə tökürük.Üstünə az duz səpib əlimiz ilə qarışdırıb sıxıb acı suyunu çıxarırıq. Sonra sıxıb başqa bir qaba yığırıq. Üstünə pendiri töküb qarışdırırıq.İçlik hazırdır.Şirəsi üçün südü, qatığı, yağı, qabartma tozunu və yumurtanın ağını dərin bir qaba töküb çalırıq. Yuxanın birini götürüb şirədən çəkirik. İki qatlayıb yenidən şirədən çəkirik.İçlik töküb şəkildəki kimi büküb kəsirik. Bu şəkildə hamısını düzəldib soba qabına yığırıq. Qalan şirəni üstünə töküb yayırıq. Üstünə yumurta sarısı sürtürük. Küncüt səpirik.180-190 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Börəyi isti-isti süfrəyə veririk.Nuş olsun!

Comments

comments