Ərzaqlar:1 kq toyuq əti, 4 st uzun düyü, 2 ədəd baş soğan, 1/2(yarım) st zirinc, 1/2(yarım) ç.q sarıkök, duz, istiot, 3-4 x.q əridilmiş kərə yağı

Hazırlanması:

Düyünü təmizləyib 3-4 dəfə yuyub duzlu suya qoyuruq.Toyuq ətini təmizləyib yuyub suyunu süzüb duz və istiot vururuq. Zirincı təmizləyib yuyuruq. Soğanı xırda doğrayırıq.Üstünə duz səpib az saxlayıb sonra sıxıb acı suyunu çıxarırıq.Plovu bişirəcəyimiz qazana əridilmiş yağ töküb əti düzürük.Üstünə soğanı səpirik.Zirincin yarısını də tökürük.Düyünü bişirmək üçün qazanda su qaynadırıq. Suya duz tökürük. Qaynayanda süzülmuş düyünü əlavə edib qarışdırırıq. Suyuna sarıkökü əlavə edirik.Yarıbişmiş olanda süzürük. Süzülmüş düyünün üstünə zirinci əlavə edirik. Qarışdıra-qarışdıra ətin üstünə yığırıq. Üstünə yağ töküb dam əlmağa qoyuruq.Qazanın qapağına dəsmal qoyub qazanın ağzına qoyuruq. Qazın üstündə vam odda 2 saata bişiririk. Qazanın altına dəmir ya da tava qoymalısınız. Plov bişdikdə oğaqdan götürürük. Bişdiyi müddətdə baxmaq lazımdır ki ət yanmasın.Plovu qaba çəkib üstünə qaynar yağ tökürük və süfrəyə veririk.Nuş olsun!

 

Comments

comments