Ərzaqlar:Superfreş yağlı xəmiri (8`li), 200 q pendir, balaca dəstə cəfəri, üstünə çəkmək üçün:, 1 ədəd yumurta, küncüt, çörəkotu
Yayamaq üçün: un
Hazırlanması:
Soyuducydan xəmiri çıxardırıq. Pendiri çəngəl ilə əzirik. Yuyulub təmizlənmiş cəfərini xırda doğrayırıq. Pendir ilə cəfərini qarışdırırıq.Xəmirin büzü açıldıqda un səpib uzununa şəkildəki kimi yayırıq.Yayılmış xəmiri bıçaq ilə kəsib iki hissəyə bölürük.İçlik pendirdən qoyub bükürük.Soba qabına yığırıq.Üstünə yümurta çəkib çörəkotu və küncüt səpirik.180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!