Ərzaqlar:4 st düyü, 500 q çəkilmiş qoyun əti, 6 ədəd baş soğan, 300 q zöğal, 5-6 x.q əridilmiş kərə yağı, duz, istiot, sarıkök
Qazmaq üçün:
3 x.q qatıq, 1 ədəd yumurta
Hazırlanması:
Düyünü 2-3 dəfə yuyub sonra duzlu suda islağa qoyuruq.Soğanın qabığını soyub 5 ədədi nazık uzun 1 ədədi isə xırda doğrayırıq. Nazik uzun doğranmış soğanı tavaya töküb üstünə az duz və 2 x.q əridilmiş kərə yağı töküb qızılı rəngdə olanadək qovururuq.Çəkilmiş ətin üstünə duz, istiot və xırda doğranmış soğanı əlavə edib kiçik küftəciklər düzəldirik.Küfdəçikləri qovrulmuş soğanın üstünə əlavə edib özünü tutandan sonra qarışdırırıq. ½ çay qaşığı sarıkök tökürük.Küfdəciklər 10-15 dəqiqə bişdikdən sonra zöğalın yarısını əlavə edib tamam bişənədək qovururuq. Zövqə görə duz və istiotunu əlavə edib ocaqdan götürürük.Adi qaydada düyünü qaynayan duzlu suda bişirib süzürük.Süzülmüş düyünü 3 yerə bölürük. Bir hissəsinə zoğalın yarısını töküb qarışdırırıq. Bir hissəsinə sarıkök töküb qarışdırırıq. Bir hissəsi adi qalır.Plovu dəmə qoyacağımz qazana 1 x.q əridilmiş kərə yağı töküb istidirik.Sonra qatıq ilə yumurtanı çalırıq.Qazanın dibinə 3-4 x.q düyüdən töküb qatığı da bura əlavə edib qarışdırıb qazanın dibinə yayırıq. Adi düyünü tökürük.Sonra yarı zoğallı yarı sarıköklü düyünü də qazana əlavə edirik. Üstünə əridilmiş yağdan töküb dəm almağa qoyuruq.1 saata plov dəm alacaq.Plovu qaba çəkib üstünü bəzəyib yağ töküb süfrəyə veririk.Nuş olsun!
zoğallı plov nece hazırlanır, küftə plov hazırlamaq