Ərzaqlar:

3 st uzun düyü
1 böyük dəstə şüyüd
3-4 x.q əridilmiş kərə yağı
1 ədəd baş soğan
Duz

Qazmaq üçün:
1 ədəd yumurta
3 x.q qatıq.

Hazırlanması:

Düyünü yuyub duzlu suda islağa qoyuruq.
Soğanı soyub, yuyub, xırda doğrayıb duzlayırıq. 10-15 dəqiqə sonra acı suyunu sıxıb atırıq.
Şüyüdü təmizləyib yuyuruq və xırda doğrayırıq.

Düyünü bişirmək üçün qazana su qoyub qaynadırıq.
Su qaynayanda düyünü yuyub suya tökürük. Qarışdırırıq.

Düyü süzməyə yaxın doğranmış şüyüdü suya tökürük. Sonra qarışdırıb düyünü süzürük.


Plovu dəmə qoyacağımız qazana 1 x.q əridilmiş kərə yağı töküb istidirik.

Sonra düyüdən az töküb yumurta ilə qatığı çalıb əlavə edirik. Qarışdırıb qazanın dibinə yayırıq.

Sonra düyüdən az tökürük. Sonra soğanı səpirik.

Sonra qalan düyünü əlavə edirik.
Üstünə yağ töküb vam odda dəm almağa qoyuruq.

Plov 1 saata dəm alacaq.

Dəm aldıqdan sonra plovu qaba çəkib üstünə qazmaq qoyub, yağ töküb süfrəyə veririk.

Bu plovun yanında süfrəyə qatıq verə bilərsiniz. Zövqə görə sarımsaqlı qatıqla da yeyə bilərsiniz.

Nuş olsun!

Comments

comments