Ərzaqlar:


Biskvit üçün:
3 ədəd yumurta
2/3 st un
1/2 şəkər tozu
1 x.q bal
1 paket qabartma tozu
1 paket vanil
Krem üçün:
200 q xama
1/2 st şəkər tozu

Hazırlanması:

Balı, şəkər tozunu, yumurtanı və vanili bir qaba töküb tam qarışanadək mikserlə çalırıq.

Qarışığın üstünə qabartma tozunu və unu əlavə edib tam qarışanadək çalırıq.

Soba qabına kalka kağızı sərib xəmiri tökürük.

180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişiririk.

Bişmiş biskviti çıxaran kimi isti-isti bükürük.

Biskvit soyuyanadək kremi hazırlayırıq.
Xama ilə şəkər tozunu şəkər tam əriyib yox olanadək mikserlə çalırıq.

Soyumuş biskviti açıb arasına kremi yayırıq.

Yenidən rulet kimi bükürük.

Baş hissələrini səliqəli olsun deyə kəsib qaba qoyuruq.

Bir neçə saan sonra ruleti kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments